Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə yolsuzluq avtomobillərinin yürüşü keçirilib.
AzerTimes xəbər verir ki, Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start alaraq İsmayıllı şəhərinə qədər davam edib.
Yürüş İsmayıllı şəhərində Heydər Əliyev parkının qarşısında başa çatıb.