Avtobusda qadının 2900 manatlıq telefonunu oğurlayan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Fevralın 4-də paytaxtın Yasamal rayonu ərazisində sərnişin
avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib. Naməlum şəxslər
avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2900 manat olan
“İphone 12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə
yerindən yayınıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
zərərçəkənin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı
Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə
şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin
İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal
Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Cəlil
Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. Onların qanunsuz əməllərindən zərərçəkən
başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng
Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə
məlumat verə bilərlər.


Teqlər: