Xəbər - Ceyhun Ələkbərov – Trend:
Avtobus zolaqları olduğu zaman müəyyən küçələrdə sıxlıqlar olacaq, əhali buna öyrəşməlidir.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti yaradan bilməmişik.
“Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb. Onlardan 10-u təşkil edilib. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma Ziya Bünyadov prospektində itir. Avtobus təyyarə deyil. Sərnişinlər narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə sıxlıqlar yaşanır”.
V.Kərimli dar küçələrdə xüsusi zolaqlarını yaradılması məsələsinə də toxunub. O bildirib ki, əksər dar küçələrdə dünya şəhərlərində avtobus zolaqları salınıb.
“Xüsusi zolaqla sərnişinlərin səyahət etmə vaxtı 2 dəfə azalır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırır”.