Avtobus sürücüsü içkili vəziyyətdə saxlanılıb? – Açıqlama

Avtobus sürücüsü içkili vəziyyətdə saxlanılıb? – Açıqlama

Bu gün səhər saat 7:30 radələrində Bakı-Gəncə istiqamətində hərəkət edən 10 TG 954 dövlət nömrə nişanlı “Daevo” markalı avtobusunun sürücüsü Qaradağ postunda DYP tərəfindən içkili halda saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə avtobusda olan sərnişinlərdən biri məlumat yayıb.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından saytımıza bildirildi ki, məsələdən xəbərdardırlar:

“Hazırda məsələni araşdırırıq. Müayinə olunduqdan sonra artıq hər şey aydın olacaq. Ekpertiza rəyi hazır olan kimi ictimaiyyətə təqdim edəcəyik. Sürücülər hər səhər sükan arxasına əyləşmədən əvvəl mütləq yoxlanılırlar”.

Teqlər: