Avtobus marşrutlarında gediş haqqı qaldırıldı

Avtobus marşrutlarında gediş haqqı qaldırıldı

Naxçıvanda şəhərdaxili marşrutlarda gediş haqqı artırılıb.

Artıq şəhərdə marşrut avtobuslarından istifadə edən sərnişinlər 30 qəpik ödəyir. Qərar iyulun 18-dən qüvvəyə minib.

Bununla bağlı sərnişinlərə edilən xəbərdarlıqda “Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqı 30 qəpik müəyyən olunmuşdur. Sərnişinlərdən xahiş olunur həmin tarixdən gediş haqqını yeni tariflə ödəsinlər” deyilir.