Avstriya millisi çox yaxşı təşkilatlanmış güclü komandadır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avstriya yığmasına qarşı keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
“Onlar son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində yaxşı oyunçular cəmləşib. Bu cür oyunlardan əvvəl zədəlilərin olmasına hazır olmaq lazımdır. Bizim də B planımız var. Zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Ən əsası özünəinamdır. Son matçlarda yaxşı nəticələr göstərmişik. Bunu davam etdirmək istəyirik”, – Byazi söyləyib.
Qeyd edək ki, martın 24-də “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.