Xəbər - Orxan Nəbiyev – Trend:
Aleksander Şallenbeerq Avstriyanın yeni kansleri qismində işə başlayıb.
Trend-in məlumatına görə, bu gün paytaxt Vyanada kanslerin andiçmə mərasimi keçirilib.
Sabiq xarici işlər naziri A.Şallenberq bu vəzifədə bir neçə gün əvvəl istefa vermiş Sebastyan Kurtsu əvəz edəcək.
Xatırladaq ki, S.Kurts bir neçə gün əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rüşvət ittihamları ilə əlaqədar istefa vermişdi.