Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru: AQTİ-də dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)
laboratoriyalarında dünyanın ən qabaqcıl metodlarından yüksək
peşəkarlıqla istifadə olunur.

Bunu Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin
icraçı direktoru Tomas Kikincer Qida Təhlükəsizliyi İnstitutunun
laboratoriyalarına baxış keçirərkən deyib.

O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr
yüksək peşəkarlıqla həyata keçirilir: “Mən Avstriyanın Qida
Təhlükəsizliyi Agentliyini təmsil edirəm və deyə bilərəm ki,
gördüyüm bu laboratoriyada ən qabaqcıl metodlardan istifadə olunur.
Biz də Avstriyada eyni metodlardan və avadanlıqlardan istifadə
edərək işimizi aparırıq. Bu böyük bir fürsətdir və əlbəttə ki, çox
gözəl təəssürat bağışlayır. Məncə burada mükəmməl avadanlıq və
metodlardan istifadə olunur”.

Tomas Kikincer qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti
ölkədə qida təhlükəsizliyinin təmin edilməsində böyük önəm daşıyır:
“Ümidvaram ki, gələcəkdə biz sıx şəkildə birgə işləyə bilərik.
Nəzərə alsaq ki, bizim apardığımız iş eynidir. Odur ki,
laboratoriyaların inkişafı sahəsində əməkdaşlıq imkanlarını
genişləndirməyo və təcrübə mübadiləsinin aparılmasını nəzərdə
tuturuq”.

Teqlər: