Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçdüyünü bildirib.
AzerTimes xəbər verir ki, bu barədə Knaysl Rusiya mətbuatına açıqlamasında deyib.
“Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad ölkədir”,- Knaysl Ümumdünya Gənclər Festivalında bildirib.
Keçmiş nazir əlavə edib ki, Rusiyanın şərqində qalmaq üçün ev tikməyə hazırlaşır. Knaysl şəhər sakini olmadığını etiraf edib.
2023-cü ilin sentyabrında Avstriyanın keçmiş xarici işlər naziri Şərq İqtisadi Forumu çərçivəsində G.O.R.K.I mərkəzində işləmək üçün Sankt-Peterburqa köçməyi planlaşdırdığını söyləmişdi. O, bu mərkəzin təsisçisi və direktorudur.