Avstriyanın kansleri Karl Nehammer koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə federal dəftərxanaya istinadən “ORF” telekanalı xəbər yayıb.
Məlumata əsasən, Karl Nehammer yanvarın 4-də məzuniyyətdən geri dönüb və yanvarın 5-də verdiyi testin cavabı mənfi olub.
Lakin daha sonra kanslerin mühafizə xidmətindəki əməkdaşlardan birinin testi yanvarın 6-da müsbət olduqdan sonra aparılan təkrar yoxlanış nəticəsində hökumət rəhbərinin də koronavirusa yoluxduğu müəyyənləşib.
Bildirilib ki, K.Nehammer hazırda ev şəraitində karantindədir və işini davam etdirir.