Avstriyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der
Bellendən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq
duyuram.

Biz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, sabitlik və
əmin-amanlığın əldə olunmasına yönələn bütün səyləri, o cümlədən
aprelin əvvəlində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş uğurlu görüşü
dəstəkləyirik.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı,
Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcək arzulayıram”.

Teqlər: