Avstriyada qar uçqunu nəticəsində üç xizəkçi ölüb, ikisi yaralanıb.
Trend xəbər verir ki, onlar Salzburqda gəzintiyə çıxan 11 xizəkçi qrupundan olublar.
Bildirilir ki, yamaca qalxarkən onların üstünə 200 metrlik qar örtüyü üçub. Sağ qalanlar uçqunun altında çıxmağa müvəffəq olanlardır.
Qeyd olunur ki, ölənlər 19-24 yaşlarında Avstriya vətəndaşları olub.