Avstiyada koronavirusa qarşı vaksinasiyadan imtina edənlər cərimələnəcək.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu yeni təklif olunan qanunda öz əksini tapıb.
Peyvənd olunmaq istəməyənlər 3,6 min avro məbləğində cərimə ödəməli olacaqlar.Cəriməni ödəməkdən imtina edən şəxs 4 ay müddətinə həbs oluna bilər. Hakimiyyət orqanlarının vaksinasiya olunmaq barədə iki bildirişinə məhəl qoymayanlar isə 7,2 min avro məbləğində cərimə olunacaq.
Qanun peyvəndlə əlaqədar həyat və sağlamlıqları üçün təhlükə olan şəxslərə, həmçinin hamilə qadınlara və 12 yaşınadək yeniyetmələrə şamil edilməyəcək.
Qanun layihəsini parlamentə dekabrın 6-dan sonra təqdim ediləcəyi nəzərdə tutulur. Sənəd Avstriya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənəcəyi gözlənilir. Bundan əvvəl Avstriyada koronavirusa yoluxma hallarının artması fonunda 2022-ci ilin fevralından məcburi peyvənd tətbiq olunacağı elan edilmişdir.