Avstriyada koronavirusa qarşı vaksinasiya məcburi edilib

Avstriya Milli Şurası (Avstriya Parlamentinin aşağı palatası) ölkədə koronavirusa qarşı vaksinasiyanın məcburi edilməsinin leyhinə səs verib.

AzerTimes-ın məlumatına görə, bundan sonra qanun layihəsinə bundesrat (ölkənin federal torpaqlarının nümayəndəliyi) baxacaq.


Məlumata əsasən, vaksinasiya fevral ayından 18 yaşdan yuxarı vətəndaşlar üçün məcburi olacaq.