Avstriyada koronavirus əleyhinə kütləvi etirazlar keçirilib

Avtriyanın paytaxtı Vyanada cümə axşamı koronavirus
məhdudiyyətlərinə etiraz əlaməti olaraq kütləvi etiraz aksiyaları
keçirilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, aksiyalar,
əsasən, avtoyürüş xarakteri daşıyıb.

Etirazçılar səs siqnallarından istifadə edərək tətbiq edilən
məhdudiyyətlərə, hamçinin hakimiyyətin pandemiya ilə bağlı
siyasətinə qarşı öz narazılıqlarını bildiriblər. Hazırda Avstriyada
sərt koronvirus məhdudiyyətləri qüvvədədir.

Vaksinasiyadan keçməkdən imtinaya görə cərimə tətbiq edilir,
peyvənd olunmamış insanlar üçün bir çox ictimai yerlərə giriş
qadağandır.

Aksiya dinc şəkildə yekunlaşıb, heç bir qayda və asayiş
pozuntusu qeydə alınmayıb.

Teqlər: