Avstriyada COVID-19-a qarşı peyvənd olunmamış sakinlər üçün “lokdaun” tətbiq ediləcək

Avstriya hakimiyyəti COVID-19-a qarşı peyvənd olunmayan sakinlər üçün “lokdaun”un tətbiq edilməsi qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər verib.

Tədbirlər peyvənd olunmamış 12 yaş və daha yuxarı insanlara şamil ediləcək. Ərzaq mağazaları, apteklərə getmək istisna olmaqla, onların evdən çıxması qadağan ediləcək. Ölkə hakimiyyəti peyvənd olunmayanlara idman üçün çölə çıxmağa icazə verəcək. Tibbi yardım almaq üçün səyahətə də icazə veriləcək.


Axşam saatlarında Avstriya parlamentinin bu qərarı problemsiz təsdiq edəcəyi gözlənilir.