Avstriya və Ermənistan hərbçiləri əməkdaşlığı müzakirə etdi

Avstriya və Ermənistan hərbçiləri əməkdaşlığı müzakirə etdi

Avstriya federal müdafiə nazirinin baş katibi doktor Arnold H.Kammel Ermənistana səfəri çərçivəsində bu ölkənin Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkədə aparılan islahatlar prosesini və prioritetlərini təqdim edib, bu sahələrdə təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

Müdafiə sahəsində əməkdaşlığın istiqamətləri, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlıqla bağlı məsələlər də müzakirə olunub.

Teqlər: