Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək – XİN rəhbəri

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyi
planlaşdırmır.

Trend xəbər verir ki, bunu “Al Jazeera” telekanlına
açıqlamasında Avstriyanın Avropa və xarici işlər naziri Aleksandr
Şallenberqer deyib.

“Bizim mövqeyimiz aydındır. Biz [Rusiya tərəfi ilə] mövcud
müqavilələrə sadiqik və rublla ödəniş etməyəcəyik, belə bir
niyyətimiz yoxdur”, – deyə XİN rəhbəri bildirib.