Avstriya peyvənd olunmayanlar üçün qapanma tətbiq edə bilər

Avstriya peyvənd olunmamış vətəndaşlar üçün COVID-19 koronavirusuna qarşı sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər.

Trend xəbər verir ki, ölkənin kansleri Aleksandr Şallenberqin sözlərinə görə, ölkə əhalisinin üçdə ikisi yerdə qalanlara görə azadlığını qurban verməməlidir: “Mənə elə gəlir ki, peyvəndi qəbul edən insanlar bunu etməyənlərlə görə qapanmalardan əziyyət çəkməməlidirlər”.

O əlavə edib ki, peyvənd olunmayanlar üçün qapanma, çox güman ki, qaçılmazdır.

Şallenberq keçən ay bildirmişdiki, COVID-19 yoluxmalarının sayı artmağa davam edərsə, peyvənd almamış insanlara qarşı yeni sərt tədbirlərin tətbiq oluna bilər.

Teqlər: