Avstriya kansleri Kiyevə səfər edib

Avstriya kansleri Karl Nehammer Ukraynaya səfər edib.

Trend-in
məlumatına görə, bu barədə kanslerin mətbuat xidməti bildirib.

K.Nehammerin paytaxt Kiyevdə ölkə prezidenti Volodimir Zelenski
və baş nazir Denis Şmıqalla görüşü planlaşdırılır.

Bundan başqa, kansler V.Zelenskinin dəvəti ilə Buça şəhərinə də
gedəcəyini bildirib.

Xatırladaq ki, ötən gün Slovakiyanın baş naziri Eduard Heger və
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya səfər
etmişdi.