Avstriya kansleri istefa verdiyini açıqladı

Avstriya kansleri Sebastian Kurts istefa vermək niyyətində olduğunu açıqladı.

AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” qəzeti xəbər verib.

Kansler mətbuat konfransı zamanı bildirib ki, o, bu qərarı korrupsiya ilə bağlı araşdırmaların səbəb olduğu hökumət böhranını aradan qaldırmaq üçün alıb.


35 yaşlı S.Kurts Avstriyanın xarici işlər naziri Alexander Şallenberqinin namizədliyini hökumət başçısı vəzifəsinə irəli sürdü.