Avstriya dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der
Bellen diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü
münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında
diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə
səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı
münasibətlərin inkişafını çox qənaətbəxş hesab edir və bu əlaqələr
qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır.

Ümidvaram ki, biz birlikdə ölkələrimiz arasındakı dostluq
əlaqələrini siyasi, iqtisadi və mədəni müstəvidə daha da
dərinləşdirə və inkişaf etdirə biləcəyik.

Sizə dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına gözəl
və firavan gələcək arzulayıram”.

Teqlər: