Azərbaycan, Norveç və ya Əlcəzair kimi digər qaz tədarükçüləri
ilə yeni uzunmüddətli müqavilələrin bağlanması mavi yanacağın dünya
qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
Trend-in
Avstriya mətbuatına istinadən verdiyi məlumata görə, bunu
Avstriyanın enerji tənzimləyicisi E-Control şirkətinin rəhbəri
Volfqanq Urbançiç deyib.
“Rusiya bir gün xətləri kəsərsə, Avstriya nə qədər dayana bilər?
– V.Urbancic deyib.
E-Control rəhbərinin izah etdiyi kimi, hazırda əsas məqsəd qaz
anbarlarının doldurulması olmalıdır ki, gələn qış üçün kifayət
qədər yanacaq olsun.
“Avstriyada qazdan bir milyon ev təsərrüfatını isitmək, həmçinin
elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunur. Əsas məqsəd
enerji mənbələrinin (elektrik stansiyalarının) işlək vəziyyətdə
saxlanmasıdır, əks halda elektrik enerjisində fasilələr yarana
bilər”, – V.Urbançiç bildirib.
Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan
sonra enerji qiymətləri kəskin artıb və Rusiyadan qazın mərhələli
şəkildə dayandırılmasının qiymətlərin daha da yüksəlməsinə səbəb
olacağı ilə bağlı qorxu var:
“İndi Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz
tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər.
Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq”.