Avstriyanın Rusiya istehsalı “Sputnik V” koronavirusa qarşı peyvəndin alınması ilə bağlı danışıqlar “faktiki olaraq sona çatıb”.
AzerTimes-ın “İnterfaks” a istinadən verdiyi məlumata görə, bunu Avstriya kansleri Sebastian Kurts deyib.
Bildirilir ki, danışıqlarda 1 milyon doza peyvəndin alıması barədə müzakirələr aparılıb.
Sebastian Kurts daha əvvəl Vyana tərəfindən Sputnik V-nin alınması ilə bağlı danışıqların son mərhələdə olduğunu və Avstriyanın vaksini prioritet olaraq qəbul etməsi ehtimalını açıqlayıb.