Avstraliyanın qərb sahillərində meşə yanğınları tüğyan edir

Avstraliyanın qərb sahillərində meşə yanğınları tüğyan edir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının fövqəladə hallar departamenti sakinlərə davam edən yanğınlarla bağlı xəbərdarlıq edib.

Alov turistləri gözəl mənzərəsiylə cəlb edən və şərabçılıq zavodları ilə tanınan məşhur turizm məkanı olan Marqaret River bölgəsini bürüyüb. Yanğınsöndürmə və Fövqəladə hallar Departamenti insanlara evlərində, yanğından uzaqda sığınacaq axtarmalarını, pəncərə və qapıları bağlamağı tövsiyə edib.

Dunsboro qəsəbəsi yaxınlığında başlayan yanğın daha sonra qonşu Eagle Bay və Naturaliste yaşayış məntəqələrinə yayılıb.