Avstraliyanın bu gəmisinin qalıqları 55 il sonra tapıldı

Avstraliyanın bu gəmisinin qalıqları 55 il sonra tapıldı

1969-cu ilin 25 avqustunda batan “MV Noongah” gəmisinin qalıqları suyun 170 metr dərinliyində tapılıb.

AzerTimes xəbər verir ki, gəminin yeri dəniz dibinin xəritəsi və video-görüntülərdən istifadə edilməklə müəyyənləşdirilib.

Avstraliyanın cənub-şərqindəki Yeni Cənubi Uels sahillərində polad daşıdığı zaman fırtınaya düşərək batan gəminin göyərtəsində 26 nəfər olub.

Həmin dövrdə Avstraliya tarixinin ən böyük dəniz axtarış-xilasetmə əməliyyatlarından biri həyata keçirilsə də, heyətdən yalnız 5 nəfərin həyatını xilas etmək mümkün olmuşdu.

Teqlər: