Avstraliyada terror hücumu hazırlamaqda ittiham olunan iki nəfər həbs edilib

Avstraliya federal polisi Melburnda iki nəfəri terror hücumu hazırlamaq və planlaşdırmaq ittihamı ilə həbs edib.

AzerTimes-ın məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilib.

Viktoriya ştatı polisi, Avstraliya federal polisi və Dövlət Kəşfiyyatı və Təhlükəsizlik Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılan 19 və 20 yaşlı kişilərin terror hücumu hazırlamaq və planlaşdırmaqda ittiham olunduğu bildirilir.


Onların günün sonunadək Melburn Şəhər Məhkəməsi qarşısına çıxacaqları gözlənilir.