Avstraliyada son 62 ilin ən yüksək temperaturu qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Avstraliyanın qərbindəki Pilbara regionunda 50,7 dərəcə temperatur qeydə alınıb.

AzerTimes-in məlumatına görə, bu barədə ölkənin Meteorologiya Xidməti bildirib.

Qeyd olunub ki, bu, son 62 il ərzində qeydə alınmış ən yüksək temperatur olub.


Bölgə isti və quru iqlimi ilə tanınsa da, ilin bu vaxtlarında adətən 30 dərəcə isti olur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin hesabatına əsasən, son onillik meteoroloji müşahidələrin aparıldığı dövrdə ən isti onillik olub.