Avstraliyanın Sidney şəhərində aramsız leysan və sel daşqınları səbəbindən on minlərlə insan təxliyə edilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nepean çayı boyunca sel riski mövcuddur və bölgədə saatda 90 km-ya çata bilən şiddətli fırtına gözlənilir.
Bundan əlavə, Sidneyin qərbində Varraqamba su anbarının da daşmağa başladığı bildirilir.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.