Avstraliyada omikron ştammının yeni növündən ilk ölüm faktları qeydə alınıb

Avstraliyada koronavirusun omikron ştammının yeni, BA.2 alt
növünə yoluxma ilə əlaqədar ilk ölüm faktları qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının səhiyyə naziri
Bred Hazzard deyib.

O bildirib ki, ölkə ərazisində növbəti 4-6 həftə ərzində yoluxma
sayının iki dəfəyədək artması gözlənilir:

Nazirin sözlərinə görə, omikronun yeni növü ilə əlaqədar ölkənin
üç regionunda beş nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, omikron ştammının BA.2 alt növü ilk dəfə yanvar
ayında Danimarkada, fevralın əvvəlində Afrika ölkələrində qeydə
alınıb.