Avstraliyada məscidə hücum edildi

Avstraliyada məscidə hücum edildi

Avstraliyanın Sidney şəhərinin Obern qəsəbəsindəki Gelibolu məscidinə hücum edilib.

Obern Türk-İslam Mədəniyyət Mərkəzinin idarəsində olan məscidə ziyan dəyib. Belə ki, məkanın çilçıraqları, pəncərələri, plazma televizorları, dini əşyaları qırılıb, minlərlə dollarlıq maddi zərər dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Adı açıqlanmayan şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.