Xəbər - Orxan Nəbiyev – Trend:
Avstraliyanın Sidney şəhərində çimərlikdə köpək balığı hücumu
nəticəsində bir nəfər həlak olub.
Trend-in
məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının polisi
bildirib.
Qeyd olunur ki, köpək balığının hücumu barədə məlumat alandan
sonra xilasedicilər suda bir nəfərin meyitini aşkar edib.
Ətraf çimərlik zonası sakinlər üçün bağlanıb.
Bu, 1963-cü ildən sonra Sidneydə insan ölümü ilə nəticələnmiş
ilk köpək balığı hücumu olub.
2022-ci ilin əvvəlindən Avstraliyada dörd bu cür hücum qeydə
alınıb, lakin heç bir halda ölüm baş verməyib.