Avstraliya əhalisinin ən sıx məskunlaşdığı Yeni Cənubi Uels
ştatının bəzi hissələrinə yağan güclü yağış yerli qurumları
fövqəladə vəziyyət elan etməyə və minlərlə insanın təxliyəsi barədə
göstəriş verməyə vadar edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Sidney polisi
şəhərin qərbində su kanalında iki nəfərin cəsədi olan avtomobilin
aşkarlanaraq çıxarıldığını bildirib.
Avstraliyanın Meteorologiya Bürosu Yeni Cənubi Uelsin bəzi
bölgələrində həyati təhlükə yaradan daşqınlar barədə xəbərdarlıq
edib. Sidneydə 100 millimetrə yağıntı düşüb.
Avstraliyanın şərq sahillərində son iki həftə ərzində qeyri-adi
uzun müddət müşahidə olunan leysan yağışları və daşqınlar qeydə
alınmaqdadır.