Avstraliya səfiri Rusiya XİN-ə çağırıldı

Avstraliya səfiri Rusiya XİN-ə çağırıldı

Avstraliyanın Rusiyadakı müvəqqəti işlər vəkili Ceremi Qutri Smolensk meydanı-32-yə (Rusiya XİN-in yerləşdiyi binanın ünvanı – red.) çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfirliyin sosial şəbəkələrində yayılan yalan məlumatlara görə etiraz edilib:

“Avstraliya səfirliyi tərəfindən Teleqram sosial şəbəkəsində Rusiya Federasiyasının ərazi bütövlüyünü şübhə altına alan və prezident seçkiləri zamanı Rusiyanın bir sıra regionlarında səsvermə ilə bağlı bilərəkdən yalan məlumatların yer aldığı mesajla əlaqədar Qutriyə kəskin etiraz edilib”.

Qutriyə məlumat verilib ki, diplomatik nümayəndəliyin hərəkətləri Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Xarici İşlər Nazirliyi Avstraliya səfirliyindən mesajı silməyi və gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almağı tələb edib.

Teqlər: