Avstraliya Daxili İşlər Nazirliyinin məktubuna əsasən, Kanberra Moskvaya qarşı yeni sanksiyalar elan edərək, Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya müəyyən malların tədarükünü qadağan edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, qadağaya alətlər və elektrik maşınları üçün ehtiyat hissələri daxildir:
“Metal məmulatlar üçün ştampların və qəliblərin, həmçinin süxurların və qruntun qazılması üçün alətlərin ixracı da qadağandır. Eləcə də nüvə reaktorları və onların hissələri olan maşın və mexaniki avadanlıqlar qadağan edilib. Elektrik maşınlarının və onlar üçün ehtiyat hissələrinin, hər hansı səsyazma cihazlarının, səsgücləndiricilərin, televiziya təsvirlərinin və səslərinin yazılması üçün cihazların, bu məhsulların hissələrinin və komponentlərinin tədarükü də qadağandır”.