Avstraliya Rusiyaya alüminium ixracını qadağan edib

Avstraliya hökuməti Rusiyaya alüminium ixracını qadağan edib və
Ukraynaya humanitar yardım göstərəcəyini açıqlayıb.

Trend xəbər
verir ki, Ukraynaya hücumu əsas gətirən Avstraliya Rusiyaya
alüminium və alüminium filizlərinin, o cümlədən boksitlərin
Moskvaya ixracına dərhal qadağa qoyub. Baş nazir Scott Morrison da
müharibədən zərər çəkmiş Ukraynaya daha çox hərbi texnika, 70 min
ton termal kömür və humanitar yardım olaraq 30 milyon dollar vəd
edib.

Baş nazir açıqlamasında ixrac qadağasının Rusiya üçün kritik
ixracat olan alüminium istehsal imkanlarını məhdudlaşdıracağını
bildirib. Rusiyanın alüminium ehtiyacının təxminən 20 faizində
Avstraliyadan asılı olduğu bildirilib.