Avstraliya Rusiyanın bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Avstraliya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar
Rusiyanın 14 şirkətinə sanksiya tətbiq edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi
bildirib.

“Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət
kəsb edən 14 Rusiyanın dövlət müəssisəsinə qarşı məqsədyönlü
maliyyə sanksiyaları tətbiq edib”, – deyə qeyd olunub.

Sanksiya siyahısına “KAMAZ”, “Qazprom”, “Qazprom Neft”, “Transneft”, “Rostelekom”, “Rusqidro”, “Sevmaş” və “Birləşmiş
Gəmiqayırma Korporasiyası”, “Roselektronika” holdinqi, Rusiya Dəmir
Yolları, “Novorossiysk Dəniz Ticarət Limanı”, “ALROSA”, “Sogaz” və “Sovkomflot” şirkətləri daxil olub.