Avstraliya Putinin ailəsinə sanksiya tətbiq etdi

Avstraliya Putinin ailəsinə sanksiya tətbiq etdi

Avstraliya daha 16 Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

AzerTimes xəbər verir ki, Avstraliyanın sanksiya siyahısına Rusiya Prezidenti Vladimir Putinin övladlarının anası olduğu iddia edilən Alina Kabayeva da daxil edilib.

Siyahıda, həmçinin Uşaq Ombudsmanı Mariya Lvova-Belova, kənd təsərrüfatı naziri Dmitri Patruşev, tikinti naziri İrek Fayzulin və nəqliyyat naziri Vitali Savelyev də var.

Kanberra rəhbərliyinin hazırladığı siyahıya Rusiya prezidentinin qohumları olduğu bildirilən Mixail Putin, Roman Putin və İqor Putinin də adı salınıb.

Teqlər: