Koronavirusun yayılması səbəbilə Avstraliyanın sərhədləri 2022-ci ilin dekabrına qədər bağlı qalacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə “2GB” radostansiyasına müsahibəsində ölkənin baş naziri Skott Morrison deyib.
Baş nazir qeyd edib ki, 2022-ci ilin dekabr ayının sonuna qədər beynəlxalq səyahətlərin bərpası barədə danışmaq üçün çox tezdir: “Mən ümid edirəm ki, 2022-ci ilin Milad bayramına qədər biz bunu edə biləcəyik, lakin koronavirus hələ də çox təhlükəlidir. COVID-19 artıq Avropadan və Böyük Britaniyadan sovuşub, lakin Avstraliyadan keçməyib, bu səbəbdən digər ölkələrdə olduğu kimi koronavirusun yayılmasının qarşısını almaq üçün diqqətli olmalıyıq. Biz baş verənləri izləyəcəyik və mütəxəssislərimizdən məsləhət gözləyəcəyik”.
Qeyd edək ki, Avstraliya pandemiya ilə əlaqədar ötən ilin mart ayının 24-ü sərhədlərini bağlayıb. Hazırda Avstraliyaya giriş bütün əcnəbilər üçün tamamilə qadağandır.