Avstraliya Dövlət Tsunami Xəbərdarlıq Mərkəzi ölkənin şərqində Pasifik Okeanında yerləşən Norfolk adası sakinlərinə sahil ərazilərini tərk edib yüksək ərazilərdə qalmağı tövsiyə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Kermadek arxipelağının sahillərində Sakit Okeanda baş verən bir sıra zəlzələlərdən sonra qurumun saytında bildirilib.
Bildirilib ki, Norfolk adasının sularında yerli vaxtla saat 10: 00-dan etibarən sunami, yüksək dalğalar, güclü okean axınları və daşqın təhlükəsi var:
“Evakuasiya zəruri deyil, lakin sahilyanı əraziləri sakinlərinə tövsiyə olunur ki, [okean] sahilindən mümkün qədər uzaq dursun”.