Avstraliya Fransaya 830 milyon təzminat ödəyəcək

Avstraliya Fransaya 830 milyon təzminat ödəyəcək

Avstraliya sualtı qayıqların inşası barədə razılığın ləğvinə görə Fransanın “Naval” şirkətinə 830 milyon Avstraliya dolları dəyərində təzminat ödəyəcək.

AzerTimes xəbər verir ki, bunu Avstraliyanın yeni Baş naziri Entoni Albanese deyib.

Albanese bildirib ki, layihənin keçmiş Morrison hökuməti tərəfindən idarə edilməsi Avstraliya və Fransa arasındakı münasibətlərdə böyük gərginliyə səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə əldə olunan razılaşmaya əsasən, Fransa korporasiyası Avstraliya üçün 12 sualtı qayıq inşa etməli idi. Yeni sualtı qayıqların təqribən 50 milyard Avstraliya dollarına (40 milyard ABŞ dolları) başa gələcəyi nəzərdə tutulurdu. Bu Avstraliya tarixində ən böyük müdafiə sifarişi idi.

Teqlər: