Avstraliya ABŞ-ın “Moderna” şirkətindən daha əvvəl alınan 25 milyon dozaya əlavə olaraq daha 1 milyon doza peyvənd alıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş naziri Skott Morrison özünün “Twitter” səhifəsində yazıb.
Baş nazir bildirib ki, əlavə olaraq sifariş edilən peyvəndlər birinci daha əvvəlki sifarişimizlə bir yerdə bu həftə ərzində Avstraliyaya çatdırılacaq: “Moderna” peyvəndləri birbaşa ölkə daxilindəki bütünü apteklərə paylanacaq və 12-59 yaş arasında olan hər kəs peyvənd olunmaq üçün müraciət edə bilər”.
S.Morrison həmçinin qeyd edib ki, sentyabr ayı ərzində Avstraliyada 11 milyon dozadan çox “Pfizer” və “Moderna” peyvəndi paylanacaq: “Bu, hər hansı bir peyvənd növbəsini aradan qaldırmaq üçün kifayətdir və (pandemiyadan çıxmaq üzrə – red) milli planımızın çərçivəsində oktyabr ayında növbəti addımları atmağımıza və Avstraliyanın sərhədlərini etibarlı şəkildə açmağımıza imkan verəcək”.