Avrozonada qiymətlər 2008-ci ildəki qlobal maliyyə böhranından sonra rekord həddə çatıb.
AzerTimes-ın məlumatına görə, inflyasiyanın artım tempi Avropa Mərkəzi Bankının (ECB) iki faiz səviyyəsində nəzərdə tutulan proqnozunu iki dəfə üstələyib.
Buna səbəb kimi yanacaq qiymətlərinin yüksəlməsi və tələbin təklifi üstələməsi göstərilir. ECB rəsmiləri bu halın müvəqqəti olacağını gözləyirlər. Bildirilir ki, bank koronavirus pandemiyası zamanı başladılan iqtisadi stimullaşdırma tədbirlərini 2022-ci ilin mart ayının sonuna qədər saxlayacaq. Avrozonanın statistika qurumu üçüncü rübdə ÜDM artımının 2,2 faiz olduğunu bildirib, ikinci rüb üzrə analoji göstərici 2,1 faizə bərabər idi.