“Avroviziya” unikal tərtibata malik səhnədə keçiriləcək

“Avroviziya” unikal tərtibata malik səhnədə keçiriləcək

Gələn il may ayının 7-si, 9-u və 11-də İsveçin Malmö şəhərində keçiriləcək Avroviziya-2024 mahnı müsabiqəsinin səhnəsinin və işıq dizaynının necə olacağı açıqlanıb.

AzerTimes xəbər verir ki, müsabiqənin keçirilməsinə cavabdeh olan SVT televiziya şirkəti dərc etdiyi press-relizdə səhnəni “auditoriyanı və tamaşaçıları 360 dərəcəli bucaq altında qarşılayan meydança” kimi təsvir edib. Zalın mərkəzində yerləşən səhnə və onun üzərindəki işıq diodlarının monumental konstruksiyası xaç şəklində olacaq.

Səhnənin dizaynı Florian Vider və Fredrik Stormbiyə məxsusdur.

F.Vider Beyonse, Adel və Cennifer Lopez kimi artistlərlə çalışıb, habelə yeddi “MTV Video” musiqi mükafatının dizayneri və yaradıcı prodüseri olub. F.Stormbi isə dizaynerlik işlərindən əlavə, “ABBA Voyage” və Beyonsenin “Renessans-tur” layihələrində iştirak edib.

Teqlər: