Avroviziya-2017 qalibi seçildi

Avroviziya-2017 qalibi seçildi

62-ci “Eurovision” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Səsvermənin nəticələrinə görə, 758 xalla Portuqaliya qalib olub. İkinci yerdə Bolqaristan, üçüncü pillədə isə Moldova qərarlaşıb. Sobral müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib.

Azərbaycan münsif səsverməsindən 72 xal toplayıb. Azərbaycandan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verilib. Azərbaycan müsabiqənin 14-cü yerində qərarlaşıb.