Avrora Qrup iki beynəlxalq sertifikat alıb (FOTO)

Avrora Qrup distributor və istehsalçı şirkət kimi ölkəmizin aparıcı qida şirkətlərindəndir.

Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rollton”, “Hochland”, “Pernod Ricard”, “Diageo”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Bundan başqa, şirkət bazarda həm də istehsalçı kimi tanınır. Avrora Qrupun istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Frans Haaz”, İtaliyanın “İmaforni”, “CFT”, “Favo” və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Qeyd olunan fabriklərdə “Doymak”, “Lafarella”, “Günaydın”, “Tanelli” markalı makaronlar, “Doymak” və “Günaydın” markalı unlar, “Bizon” və “Go” qazlı vitaminləşdirilmiş içkilər, “Çinarlı” süfrə suyu, “Kreki” krekerləri, “Sladena” və “Borowski” peçenyeləri, “Lafarella” və “Sladok” vafliləri istehsal olunur.


Avrora Qrup istehsal müəssisələrində ətraf mühitin qorunması, əməkdaşlarının daha sağlam və təhlükəsiz şəraitdə çalışması üçün səylərini davam etdirir. Bütün bunların uğurlu nəticəsi olaraq şirkət İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemi” və İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” beynəlxalq sertifikatlarına layiq görülüb.