Azərbaycanda qeyri neft sektorunun inkişafı, eləcə də qida emalı sənayesində peşə təhsilli kadrların yetişdirilməsi üçün növbəti memorandum imzalanıb.
AzerTimes xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Avrora MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma memorandumu imzalanıb.
Avrora MMC Peşə Təhsili üzrə Dövlət Agentliyi, EBRD və “SustainEra” birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə nəticəsində spesifik istehsal sahələri üzrə kadrlar hazırlanacaq. Bu spesifik sahələrdən biri də un istehsalıdır. “Un istehsalı” üzrə peşə tədrisinin təşkili və həyata keçirilməsi bu sahə üzrə kadrların hazırlanması və məşğulluğuna, həmçinin qida emalı sənayesinin inkişafına xüsusi töhfə verəcəkdir.
“Avrora” şirkəti layihənin növbəti mərhələlərdə istehsal sahələrinin digər istiqamətlərini də əhatə etməsini planlaşdırır.
#AVRORAMMC #PeşəTəhsiliüzrəDövlətAgentliyi #EBRD #avroracareers #avroralife