Avropaya sanksiya yox, sülh lazımdır – Orban

Avropaya sanksiya yox, sülh lazımdır – Orban

Avropa inflyasiya və iqtisadi böhrandan əziyyət çəkir, ona görə də yeni sanksiyalar deyil, sülh danışıqları lazımdır.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Avropa hərbi inflyasiya və hərbi-iqtisadi böhrandan əziyyət çəkir. Üstəlik, daha çox sanksiyalar tətbiq etmək ideyaları yaranmağa başlayıb. İndi bizə yeni sanksiyalar deyil, sülh lazımdır. Çünki hərbi inflyasiya zəhərinə qarşı yeganə addım sülhdür”, – Orban bildirib.

Teqlər: