Avropaya ixrac olunan Azərbaycan qazının həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin üçüncü rübündə Azərbaycan Avropaya 2,3 milyard kubmetr qaz ixrac edib.

Trend-in məlumatına görə, bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, üçüncü rüb ərzində boru kəmərləri ilə Norveçdən qaz idxalı 2019-cu illə müqayisədə 5,7 milyard kubmetr artıb. Şimali Afrikadan idxal 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 milyard artıb, Rusiyadan isə 8,6 milyard kubmetr azalıb.

Ümumilikdə, 2021-ci ilin üç rübü ərzində Avropa bazarına 344 milyard kubmetr qaz tədarük edilib. 2019-cu ilin eyni dövrü ərzində bu göstərici 349 milyard kubmetrə bərabər idi.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: