Boliviya hüquq-mühafizə orqanları cinayətkarların Avropaya göndərməyi planlaşdırdıqları 7,2 ton kokain partiyasını müsadirə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Boliviyanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi bölməsi məlumat yayıb.
Boliviyanın daxili işlər naziri Karlos del Kastilon qeyd edib ki, bu, ölkə tarixində müsadirə edilmiş ikinci ən böyük kokain göndərişidir. Cinayətkarlar narkotikləri metal qırıntıları olan yük maşınlarında daşıyıblar. Yük Çilinin İkike limanına gətiriləcək və oradan da Belçikaya çatdırılacaqdı.
Hüquq-mühafizə orqanları yükün dəyərini 451 milyon dollar qiymətləndirir.
Qeyd edək ki, yanvar ayında Boliviya səlahiyyətliləri 8,7 ton kokain müsadirə etmişdi. Bu, indiyə qədər ölkə tarixində ən böyük narkotik qaçaqmalçılığı idi.